Deyilənlərə görə, indiki Əli Bayramlının yerində ilk yaşayış məskənini XVIII əsrin ortalarında Şamaxının ƏRƏBŞAHVERDİLİ kəndindən buraya köçənlər salıb. Bu kəndin adı "Ərəbşahverdili" olsa da rəsmi sənədlərdə "Zubovka" qeyd edilmişdir. Tarixdə "QIZILAĞAC ZUBOV" kimi tanınan Valerian Aleksandroviç Zubov çariça II Yekaterinanın dövründə Qafqazda işğalçılıq məqsədilə göndərilən rus qoşunlarının komandanı idi. 1794-cü ildə Rusiyaya tabe olan Polşada üsyanın qəddarcasına yatırılmasına başçılıq edən və döyüşdə bir ayağını itirən Zubov çariçanın rəğbətini qazanmışdı. Qızıl protezli komandan tarixçi alim V.N.Leviatovun yazdığına görə qoşunu ilə 1796-ci ilin qışını, yayda düşərgə saldığı Şamaxıdan enərək Cavadda keçirib. General burada yaşayış məntəqəsi salmaq barədə əmr verib. Gələcəkdə şəhər olacaq məntəqə II Yekaterinanın şərəfinə "Yekaterinoserd" adlanmalı idi. Lakin, sonralar iş başa çatdırılmır və bura çariçanın adina layiq olmadığına görə "Zubovka" kimi sənədlərə düşür. Azərbaycan sovetləşəndən sonra 1924-cü ildə "Zubovka", "Əli Bayramlı" olur...
Bolşeviklər keçmişi qılınclayır, bütün miraslardan imtina edirdilər. Onda şəhər, kənd adlarını dəyişib, adi xidmətləri olan inqilabçıların adıni ünvana çevirmək dəb düşmüşdü. Azərbaycanda bu iş yetərincə yerinə yetirilirdi. Kirovabad, Jdanov, Mirbəşir, Qasım İsmayılov, Qazıməmməd, Əli Bayramlı....
Adı Şəhərləşən Əli Məmməd oğlu Bayramov 1889-cu ildə Lahıc kəndində doğulub. 1912-ci idə Gəncədə Mixaylovski adına peşə məktəbini bitirib, kapitan kimi Xəzər dənizində üzmüşdür. O, 1917-ci ildə bolşeviklərə qoşulur. Bakı Sovetinin deputatı olan Əli Bayramov 1918-ci ildə hərbiləşdirilmiş gəmidə tutulub, Salyan həbsxanasına salınır. O, buradan qaçıb, qayıqda Kür çayı ilə Zubovkaya gəlir və buradan Gəncəyə yollanır. 1920-ci ildə Bakıya dönən Əli Bayramov martın 10-da öldürülür..
Göründüyü kimi, Əli bayramov adını daşıdıgı yer üçün elə bir iş görməyib. Lakin, hər zamanın bir hökmü var. Nəyi neçəyə almaq və satmaq vaxtın ixtiyarındadır. Əli Bayramlı rayonu 1930-cu il avqustun 8-də təşkil edilib və 1938-ci il noyabrın 29-da şəhər tipli qəsəbə , 1954-ci il iyulun 28-də rayon, 1963-cü il yanvarın 4-də isə respublika tabeliyində şəhər statusu alıb. Burada ilk böyük quruculuq işi 1917-ci ildə Kürün üstündəki Tağlı körpünün tikilməsi olub. Ağacdan düzəldilmiş bu körpü yandığı üçün 1924-cü ildə yeni körpünün bünövrəsi qoyulmuş, üç il sonra istifadəyə verilmişdir. Kür üzərindəki II körpü 1962-ci ildə qoyulub.........
Şəhər Pambıqtəmizləmə zavodunun tarixi də əsrin əvvəllərinə gedib çıxır. Zavodun tikintisinə 1916-ci ildə başlansa da , iş 1925-ci ildə bitmişdir. Əli Bayramlının taleyində dönüş ili 1955-ci ildir. Qırovdağda ilk neft kəşfiyyatı quyusunun fontan vurması bu şəhərin bəxtini açdı. Əli Bayramlı neft şəhərinə çevrildi . Günü-gündən neft buruqlarının sayı artdı. Ölkəmizin müxtəlif bölgələrindən insanlar axın-axın neftin sorağına gəldilər. "ŞiRVANNEFT" Neft və Qaz Çıxarma idarəsi geniş işə başladı. 1962-ci ildən Dövlət Rayon Elektik Stansiyasının ilk blokunun işə salınması ilə Əli Bayramlı həm də energetiklər şəhərinə çevrildi. DRES-in sonuncu yeddinci bloku 1968-ci ildə işə düşdü. Sonralar bu şəhər bütün sənət və peşə adamlarının fəaliyyət meydanına döndü. Burada bir-birinin ardınca sənaye müəssisələri, yaşayış binaları ucaldıldı. Tikilib qurulmuş Dəmir Beton Zavodu (1960), Zavodu(1966), Yağ ekstrat Zavodu (1966), Süni Dəri Zavodu (1969), Mexaniki Təmir Zavodu (1969) 5 sayli Sənaye Kombinatı (1973), Cihazlar Zavodu (1982), Avtomatika və Telemexanika Zavodu (1986) və başqa sənaye obyektləri uğurlar qazandılar. 2, 5, 9 mərtəbəli binalar şəhərə yeni ,müasir görkəm verdi. Burada bir-birinin ardınca elm, təhsil, mədəniyyət obyektləri boy verdi. Mədəniyyət Evi (1959), Müsiqi məktəbi (1961), Pedaqoji Məktəb (1966), "Şirvan" Kinoteatrı (1967), "Energetik" stadionu (1975), Sənaye Texnikumu (1979), Mərkəzi şəhər Xəstəxanası (1981) və başqa tikililər Əli Bayramlının şəhər cizgilərini zənginləşdirdi. Əli Bayramlıda dövrün alqışladığı , şöhrətləndirdiyi və yüksək mükafatlandırdığ